Klublar transferlərə rekord məbləğdə vəsait sərf ediblər
Bizi izləyin

İdman

Klublar transferlərə rekord məbləğdə vəsait sərf ediblər

2014-cü il ərzində futbol klubları beynəlxalq transferlərə rekord məbləğdə vəsait sərf ediblər.

Publika.az-ın məlumatına görə, bu barədə dünya futbolunu idarə edən FİFA-nın sonuncu hesabatında bildirilir. Məlumata görə, ən çox əcnəbini cəlb edən Britaniya olub. Bu ölkənin futbol klubları xaricdən alınan idmançılara 1,2 milyard dollar xərcləyib.

İkinci yerdə İspaniya gəlir. Onun transfer büdcəsi 700 milyon dollara yaxındır. İlk dəfədir ən çox xarici idmançı alan 10 ölkə sıyahısına Çin daxil olub.

Hindistan isə transfer edilən futbolçuların orta yaşına görə statistik cədvəlin ən üst sətirini tutur.

FİFA hesabatı ölkə daxilindəki transflerləri nəzərə almır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm