“Azəraqrartikinti”nin vəzifəli şəxslərinə cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

“Azəraqrartikinti”nin vəzifəli şəxslərinə cinayət işi açıldı

“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Göygöl rayon filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “Azəraqrartikinti” ASC-nin Göygöl rayon filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı qeyd olunan ASC-nin Göygöl rayon filialının rəisi Aqil Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tanışı Akif Abbasov və digərləri vasitəsi ilə saxta sənədlər tərtib etməklə cəmiyyətə məxsus “Qonaq evi”nin 47.6 kvadratmetr sahəsini öz adına rəsmiləşdirməklə özgə əmlakını mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm