Qəbul imtahanlarındakı yeniliklərlə bağlı TQDK sədrindən AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Qəbul imtahanlarındakı yeniliklərlə bağlı TQDK sədrindən AÇIQLAMA

"Ali məktəblərə qəbul imtahanında bir sıra yeniliklərin olacağını elan etmişdik. Belə ki, III və IV ixtisas qruplarında qabiliyyət imtahanı tələb olunan ixtisaslara qəbul imtahanları keçirilməyəcək, eləcə də, orta ixtisas məktəblərinə qəbul birbaşa buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Amma bu yeniliklərin hüquqi əsas alması əlaqədar qurumlar tərəfindən təsdiqlənməlidir".

Publika.az xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ali və orta ixtisas məktəblərinə qəbulla bağlı edilən dəyişikliklərin hüquqi ekspertizası hazırda Ədliyyə Nazirliyində aparılır. Bütün bunlar barədə yaxınlarda dərc olunacaq "Abituruiyent- 1" jurnalında məlumat veriləcək.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm