Qırmızı.az
Ermənilər monitorinq zamanı təxribata cəhd göstərdi
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 29-da Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən növbəti monitorinq başa çatıb.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, monitorinq zamanı erməni tərəfi yenə də təxribata cəhd göstərib.
Belə ki, monitorinqdən əvvəl əldə olunmuş razılaşmaya əsasən
ermənilər təmas xəttinin qarşı tərəfində monitorinqdə iştirak edən
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra
köməkçilərini təyin olunmuş koordinatlara düzgün çıxarmayıblar.
Bununla da monitorinqin keçirilmə vaxtı gecikdirilib.
Müəyyən prosedurlar həll edildikdən sonra monitorinqin keçirilməsi
mümkün olub.
Lakin monitorinqin sona çatmasına az qalmış Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq ATƏT nümayəndələrinin olduğu ərazidən bir qədər aralıda mövqelərimizi bir neçə dəfə atəşə tutublar.
Müdafiə Nazirliyi bir daha bildirir ki, beynəlxalq hüququn normalarına və prinsiplərə məhəl qoymayan erməni tərəfinin təxribat xarakterli bu cür əməlləri artıq sistematik hal alıb. Düşmən tərəfi hər dəfə təmas xəttində vəziyyəti gərginləşdirməklə beynəlxalq təşkilatların normal fəaliyyətinə şərait yaratmır və onların müəyyən olunmuş vəzifələrinin icrasına məqsədyönlü şəkildə mane olurlar.
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək