“WhatsApp” istifadəçilərinə şad xəbər - YENİLİK
Bizi izləyin

Texnoloji

“WhatsApp” istifadəçilərinə şad xəbər - YENİLİK

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan “WhatsApp” maraqla gözlənən yeniliyin tətbiqinə başlayır.

Publika.az-ın məlumatına görə, milyonlarla istifadəçisi olan və şəbəkəsi hər gün bir az daha genişlənən “WhatsApp” kompyuterlərdə mesajlaşma özəlliyini tətbiq edəcək. Bu yenilikdən hələ ki sadəcə, “Google Chrome”da istifadə etmək mümkün olacaq.

Qeyd olunan bu xidmətdən “Android”,”Windows Phone”, “BlackBerry” istifadəçilərinin yararlanması üzərində iş aparılır. “Apple”ın qoyduğu məhdudiyyətə görə, hələ ki İOS istifadəçiləri bu xidmətdən yararlana bilmir.

“WhatsApp”ın bu yeniliyindən istifadə etmək üçün istifadəçi adı, şifrəsi yerinə telefon nömrəsi və SMS yoxlama xidmətindən istifadə edərək kompyuterdə səhifə açır. Bunun üçün telefonunuzdakı QR kodundan da istifadə etmək lazımdır.

Qeyd edək ki, ötən ilin avqust ayının rəqəmlərinə əsasən, “WhatsApp”ın aylıq 600 milyon aktiv istifadəçisi olub. İstifadəçi sayını 100 milyon artıraraq, aktiv istifadəçi sayını 700 milyona çatdırıb.

İstifadəçilərindən gələn tələb əsasında bu yeniliyin tətbiqinə başlayıb. Bununla da istifadəçi sayının qısa zamanda milyarda çatdırılacağı təxmin edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm