Konqresmen Denom Berton: “ABŞ Azərbaycan kimi tərəfdaşı qiymətləndirməlidir”
Bizi izləyin

Nida.az

Konqresmen Denom Berton: “ABŞ Azərbaycan kimi tərəfdaşı qiymətləndirməlidir”

“Coğrafi baxımdan Azərbaycan Avropa və Asiya arasında xüsusi ölkədir. Bu ölkənin siyasi rəhbərliyinin tutduğu kurs Azərbaycanın təhlükəsizliyinə, eləcə də iqtisadi inkişafına hesablanıb. Azərbaycan dünyanın bütün aparıcı ölkələri, o cümlədən, Avropa və Amerika ilə qarşıdurmada olan Rusiya ilə siyasi və iqtisadi əlaqələrə malikdir”.


Publika.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının İndianadan olan üzvü Denom Berton “Whashinqton Times”nəşrində dərc olunan “Azərbaycan ABŞ üçün niyə əhəmiyyətlidir” adlı məqaləsində yazıb.


Qərb-Rusiya qarşıdurmasına toxunan konqresmen hər iki tərəfin yaranmış vəziyyətdən çıxış yollarını müzakirə etməsinə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, bu gün Moskvaya təkcə sözdə deyil, əməldə də dəstək verən Azərbaycanın bu addımı da mürəkkəb və aktual məsələdir.


D. Berton daha sonra Azərbaycanın Amerika üçün əhəmiyyətlilik dərəcəsini şərh edib.


“Azərbaycan ötən il Sovet İttifaqının süqutunda sonra öz müstəqilliyinin 23-cü ildönümünü qeyd etdi. Bu ölkənin yerləşdiyi region son dərəcədə gərgindir. Lakin bu 23 ildə Azərbaycan ABŞ-ın dostu oldu. Azərbaycanın təkcə İran və Rusiya ilə həmsərhəd olması faktı, bu ölkənin ABŞ üçün hansı əhəmiyyətə malik olduğunu göstərir. Bundan başqa, Azərbaycanın bizim üçün əhəmiyyətini artıran bir çox səbəb var”, - deyə o bildirib.


Konqresmen qeyd edib ki, əhalisinin əsas hissəsi müsəlman olan Azərbaycanda dini tolerantlıq əsas prioritetdir: “Hüquq bərabərliyi ölkənin sosial siyasətinin əsasını təşkil edir. Konstitusiyasının 25-ci maddəsində dini, irqi, etnik ayrı-seçkilik qadağan olunur. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Birləşmiş Ştatlara səfəri zamanı bildirdi ki, Azərbaycanın tolerantlığı bütün dünya üçün nümunədir. Son 23 ildə Azərbaycanda bu sahədə təsirli nəticələrə nail olunub. Azərbaycan sosializmdən bazar iqtisadiyyatına uğurlu keçid edib. Bu ölkənin iqtisadiyyatı sabitdir və iqtisadi siyasət əhalinin sosial rifahının yaxşılaşdırılmasına və gələcək nəsillərə daha yaxşı miras qoymağa yönəlib.

Dünya Bankının hesabatına görə, Azərbaycan nəticələrini yaxşılaşdırıb və adambaşına düşən gəlirləri yüksəldib. Xalq Azərbaycan hakimiyyətinin apardığı siyasəti dəstəkləyir. 1918-ci ildə Azərbaycan müsəlman şərqində qadınlara seçmək hüququ verən ilk ölkədir. Bu addımı o, ABŞ-dan da qabaq atıb. Azərbaycan həmçinin NATO-nun partnyoru kimi beynəlxalq cəmiyyətə inteqrasiya edir. Hərbi və iqtisadi sahədə İsrailin etibarlı tərəfdaşıdır. Avropa Şurasının üzvüdür. 2011-2013-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan ABŞ-la da etibarlı əməkdaşlıq münasibətləri qurub. Birləşmiş Ştatlar Qafqazın lideri olan Azərbaycanı qiymətləndirməlidir”.


Konqresmen Azərbaycanın çətin coğrafi şərtlər altında inkişaf etdiyini xüsusi vurğulayıb.


“Azərbaycanın sürətli inkişafı siyasi liderlərinin ağıllı addımları sayəsində olub. ABŞ məmurları bu respublikanı təbrik etməlidir. Azərbaycan kimi dost ölkə Amerika və azad dünyaya lazımdır”, - deyə D. Berton vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm