Nida.az
Prezident “Şahdağ” qış-yay turizm kompleksində - FOTOLAR
Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olublar.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, dövlət başçısı və xanımı “Park Chalet Shahdag” otelinin,
həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin
açılışlarında iştirak ediblər.
“Şahdağ” qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən
nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun
mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində
yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən
başlanılıb. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri
qalib gəlib. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında
Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. O vaxtdan görülən
işlər nəticəsində “Şahdağ” qış-yay turizm kompleksinə çəkilən
avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq
sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata
keçirilib. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən
turizm kompleksinin ərazisi 2058 hektardır.
Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan
“Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən
bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək
iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda
dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli
imkanlar açır. Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna
böyük töhfə olan “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən
otellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların
istirahətinin yüksək səviyyədə təmin olunduğu bu otellərdə
yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm
sektorunun inkişafına xüsusi fikir verilir. Prezident İlham
Əliyevin rəhbərliyi altında bütün ölkə üzrə turizm marşrutlarının
müəyyənləşdirilməsi və bununla bağlı bölgələrdə genişmiqyaslı
tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.
Təsadüfi deyil ki, son bir neçə ildə beşulduzlu otellərin açılması
ilə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlib. Paytaxt
Bakı ilə yanaşı, regionlarda da müasir turizm və istirahət
obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə
verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin
nümunəsinə çevrilib. Bu çərçivədə “Şahdağ” qış-yay turizm
kompleksində inşa edilən otellərdə təqdim edilən yüksək şərait
Azərbaycanda mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir
və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə
artdığını göstərir.
“Şahdağ” qış-yay turizm kompleksi Azərbaycanda ilk dağ-xizək
kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılır. Bu
möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan
Prezident İlham Əliyev dəfələrlə əraziyə gələrək tikintinin gedişi
ilə tanış olub, bir neçə obyektin və otelin açılışında iştirak
edib. Layihənin həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə
həvalə olunub. Tikintiyə nəzarəti isə nazirliyin tabeliyində olan
“Şahdağ” qış-yay turizm kompleksinin müdiriyyəti həyata
keçirir.
Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti
kəsdi.
“Park Chalet Shahdag” oteli Bakıdan 210 kilometr şimal qərbdə
yeganə alp üslublu dəbdəbəli məkandır. Əzəmətli dağlarla əhatə
olunan otelin 164 eleqant qonaq otağı var.
“Park Chalet” otelinin baş meneceri Stüart De San Nikolas bildirdi
ki, bu otel yeni yaradılan “Absheron Hotel Group” şirkətinin ikinci
otelidir. İlk otel olan “Pik Palace Şahdağ”ın açılışı 2013-cü ilin
dekabrında Prezident İlham Əliyev tərəfindən həyata keçirilib.
“Park Chalet” otelinin dizaynı ənənəvi Avropa üslubundan
ilhamlanaraq, ABŞ-da Aspen xizək stilli otellərin üslubunu da
özündə əks etdirir. “Park Chalet” oteli “Marriott” brendinin xüsusi
portfeli sayılan eksklüziv və müstəqil lüks otel və kurortların
cəmləşdiyi “Autograph Collection”un rəsmi üzvüdür. “Park Chalet”in
bu qrupa daxil olması təsadüfi deyil. Belə ki, bu qrupa namizəd
otellər beynəlxalq standartlara cavab verməsi, yerləşdiyi ərazi,
orijinallığı və digər spesifik xüsusiyyətləri ilə seçilən
otellərdir.
Dövlətimizin başçısı və xanımı otel nömrələri ilə tanış
oldular.
Məlumat verildi ki, oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən
müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.
Bütün bunlar sübut edir ki, paytaxtla yanaşı, regionlarda da müasir
turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin
tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına
göstərilən diqqətin nəticəsidir. Bu çərçivədə “Park Chalet”
otelində yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin
inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin
getdikcə artdığını bir daha təsdiqləyir. Oteldə müasir restoranlar
şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan
və dünya mətbəxinin nümunələri təqdim olunacaq. Oteldəki
restoranlar, barlar və istirahət guşələri dağlarda zövqlə nahar
etmək üçün nadir vəhdət yaradır. Bu oteldə qonaqlara təqdim olunan
xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Burada quraşdırılan
müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar
qonaqların istirahət imkanlarını daha da artırır. “Park Chalet”
otelində tam təchizatlı fitness və SPA mərkəzləri, 20 metrlik
qapalı hovuz qonaqlarını gözləyir. Dəbdəbəli SPA mərkəzində çalışan
təcrübəli terapevtlər müxtəlif aromaterapiya, masajlar və
prosedurlar, o cümlədən kosmetik qulluq və müalicə təqdim edirlər.
130 nəfərədək qonağı qəbul etmək iqtidarında olan çoxfunksiyalı və
banket üslubundakı konfrans zalı Günəş işığı ilə işıqlanır və
möhtəşəm dağ mənzərəsi ilə əhatə olunub. Konfrans zalı, həmçinin 3
ayrı hissələrə bölünə bilir və bu da müxtəlif məzmunlu və həcmli
tədbirlərin həyata keçirilməsi üçün əlverişlidir. Otelin biznes
mərkəzi 7 gün 24 saat fəaliyyətdədir.
Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə
görüşdü.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var