Metroda həyəcan - qatar tuneldə qaldı - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Metroda həyəcan - qatar tuneldə qaldı - YENİLƏNİB

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev metropolitendə yaranmış nasazlığa aydınlıq gətirib.

Qurum nümayəndəsi Publika.az-a açıqlamasında qatarda texniki nasazlığın olduğunu deyib:

“Bu gün 18:24 radələrində “Dərnəgül”dən “Həzi Aslanov” istiqamətində hərəkət edən 21 saylı qatarda texniki nasazlıq olub. Nasazlıq qatar stansiyada olanda yaşanıb. Sərnişinlər qatardan boşaldılıb. Qatar depoya göndərilib. Yerinə yenisi relsə buraxılıb. Bu, 1-2 dəqiqə gecikməyə səbəb olsa da, intervala təsir etməyib”.

Gülxar

***

Bu gün saat 18 radələrində "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarın fəaliyyətində nasazlıq yaranıb.

"28 May" stansiyasının tunelində qalan qatardan sərnişinlər düşürdülüb. Hazırda metronun "28 May" və "Gənclik" stansiyalarında sıxlıq yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm