Şamaxı Astrofizika Rəsədxanası mükafat alıb
Bizi izləyin

Qoroskop

Şamaxı Astrofizika Rəsədxanası mükafat alıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) “I Türk Dünyası Qızıl Alma Mükafatı”nın “Texnologiya” nominasiyasına layiq görülüb.

Publika.az-ın məlumatına görə, bu barədə AMEA-nın Fizika-Riyaziyat və Texnika Elmləri Bölməsinin hesabatında bildirilib.

Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təsis etdiyi mükafat Rəsədxanaya elmi-texniki və innovativ tədqiqatları, son illər qazanılan nəaliyyətləri, yüksək inkişaf dinamikası və getdikcə artan nüfuza görə verilib.

III dəfə təşkil edilən Dünya Türk Forumu çərçivəsində Türkiyənin Ədirnə şəhərində keçirilən təqdimetmə mərasimində “Texnologiya üzrə Qızıl Alma Mükafatı” ŞAR-ın nümayəndəsi Mənsur İsmayılova təqdim olunub

Oxumağa davam et
Reklam
Reklam

Gündəm