Putin qubernatorlara xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

Putin qubernatorlara xəbərdarlıq etdi

"Ölkənin üzləşdiyi problemlərin alverçilərin qazanc mənbəyinə çevrilməsinə imkan vermək olmaz. Problemlər var, lakin müşahidə edilən qiymət artımını həmin problemlərlə müqayisə etmək mümkünsüzdür".

Publika.az xəbər verir ki, bunu Vladimir Putin Rusiya regionlarının qubernatorları və merlərilə görüşündə bəyan edib. Rusiya prezidenti region rəhbərlərini əhalinin ehtiyac duyduğu məhsullara qiymət artımına gətirən alver hallarına yol verməməyə, vaxtında lazımı tədbir görməyə çağıdıb.

Bundan əvvəl Rusiya Baş prokuroru Yuri Çayka aparılmış yoxlamalar nəticəsində ölkədə son bir neçə ay ərzində ərzaq və dərman məhsullarına qiymətlərin 400% artdığını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm