Polis faşist simvolikasından istiafədə edən qrupa qadağa qoydu - Bakıda
Bizi izləyin

Qırmızı.az

Polis faşist simvolikasından istiafədə edən qrupa qadağa qoydu - Bakıda

Konsertin adı da Türkiyə ultramillətçilərin rəmz kimi istifadə etdiyi “Ergenekon” la( türk hakimiyyəti bu adda gizli terror təşkilatı olduğunu da iddia edir-red.) bağlıdır. Ehtimal ki, qoyulmuş qadağada bu amillər nəzərə alınıb.

Polis repçi “Kabus”un “Ergenekon” adlı solo-konsertinə imkan verməyib. Bu barədə konsertin təşkilatçısı Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə AzadlıqRadiosuna bildirib. Onun sözlərinə görə, iki aydır ki, fevralın 16-da Bakının “Vətən” kinoteatrında planlaşdırılan konsertə hazırlaşırdılar:

“Ancaq fevralın 15-də axşam kinoteatrın rəhbərliyi bizə bildirdi ki, bura polislər gəlib”. Ş. Məcidzadə deyir ki, Nəsimi rayon polis idarəsinin əməkdaşları onlara konsertin olmayacağını bildiriblər:

“Dedilər ki, bu, təhlükəsizlik səbəbi ilə bağlıdır. Biz də dedik ki, əgər elədirsə, onda gəlin siz də konsertə qatılın və təhlükəsizliyimizi təmin edin”.

Ş. Məcidzadənin sözlərinə görə, polis fevralın 16-da konsertin təyin olunduğu ərəfədə - saat 2-də “Vətən” kinoteatrının ətrafını mühasirəyə alıb və bura heç kəsi buraxmayıb:“Bizim bərabərlik hüququmuz pozulub. Həm mənəvi, həm maddi ziyanla üzləşmişik. Əgər bizə dəyən zərər ödənməsə, “Demokratiya, azadlıq ayaq altında” şüarı ilə fərdi aksiyaya başlayacam”.

O bildirir ki, konsertə 250 bilet satılıb, “Vətən” kinoteatrına icarə haqqı kimi 250 manat beh verilib, o cümlədən səhnənin hazırlanması üçün texniki xərcləri olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzadlıqRadiosuna faktı təsdiqləyib, deyib ki, konsertə imkan verilməməyinin səbəbi təhlükəsizlik məsələləri olub:“Müvafiq qanuna uyğun olaraq, kütləvi toplantılar barədə mütləq yerli icra hakimiyyəti ilə razılaşdırılmalı idi. Vətəndaşların təhlükəsizliyi bizim üçün hər şeydən önəmlidir”.

“Kütləvi toplantı anlayışı kinoteatr üçün də keçərlidirmi” sualının cavabında Ehsan Zahidov bildirdi ki, kinoteatr yalnız kino göstərmək üçündür: “Orda tədbir keçirmək istəyən təşkilat mütləq aidiyyətli orqana xəbər verilməli idi”.

Publika.Az –ın kiçik araşdırması qrupun faşist simvolikasından istifadə etdiyini, rəmzlərdə türk və Qotik( qədim alman) runaları( xüsusi hərflər) arasında paralellər apardığını aşkarlayıb. Üstəlik, konsertin adı da Türkiyədə ultramillətçilərin rəmz kimi istifadə etdiyi “Ergenekon” la( türk hakimiyyəti bu adda gizli terror təşkilatı olduğunu da iddia edir-red.) bağlıdır. Ehtimal ki, qoyulmuş qadağada bu amillər nəzərə alınıb.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm