Nida.az
Rusiya və ABŞ-ın Qarabağ savaşı: Vaşinqton nədən hərəkətə keçib? - TƏHLİL
ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində
təşəbbüsü ələ almaq uğrunda mübarizəyə başlayır.
Publika.az xəbər verir ki, İranın “İranian Diplomacy” nəşri Nulandın Bakı səfərini bir sıra proseslərlə paralelləşdirərək maraqlı detallara toxunub.
ABŞ-ın Azərbaycana yeni təyin etdiyi səfir Robert Sekutanın Bakıya
gəlişindən bir neçə gün sonra Nulandın səfəri bəzi məqamlar
baxımından diqqət çəkir. Bunun İran xarici işlər nazirinin Bakı
səfərindən dərhal sonra baş verməsi də maraqlı idi.
Nuland həmkarı Elmar Məmmədyarovla görüşəndən sonra Prezident İlham
Əliyevlə danışıqlar apardı. İki ölkə arasında ticarət əlaqələri,
investisiya qoyuluşu, enerji təhlükəsizliyi, kommunikasiya, Cənubi
Qafqazda təhlükəsizlik və terrorizmlə mübarizə kimi məsələlər
müzakirə edildi. Əfqanıstana tranzit məsələsindən tutmuş,
Azərbaycanda demokratiya və insan haqları, Qarabağ münaqişəsinə
qədər bir çox müxtəlif mövzular ətrafında fikir mübadiləsi
aparıldı.
Nuland Azərbaycan müxalifətinə ciddi diqqət göstərmədi. Yalnız
jurnalist Elçin Şıxlı, Marşal Fonunun nümayəndəsi Mehriban Rəhimli,
Müsavat Partiyası liderinin oğlu Turqut Qəmbərin iştirakı ilə 20
dəqiqəlik qısa görüş keçirdi.
Diqqət çəkən məqam ikitərəfli strateji əməkdaşlıq müqaviləsinin
bəndlərindən biri olan insan haqları və demokratiyanın inkişafı
haqda yeni mərhələyə başlanması idi. Halbuki bu müqaviləyə əsasən
ikitərəfli müzakirələr sonuncu dəfə 2008-ci ildə keçirilmişdi. O
vaxtdan bəri müzakirələrə ara verilmişdi. Buna səbəb münasibətlərdə
yaranmış süstlük idi. Nulandın səfəri bu süstlüyü aradan
qaldırılması məqsədi daşıyırdı.
Bakıda həmişə narahatlıqla qarşılanan bir fikir var: ABŞ
Azərbaycanda rəngli inqilab etmək istəyir. Bu bir sıra post-sovet
ölkəsində artıq reallaşıb. Lakin Nuland bunu qəti şəkildə təkzib
etdi. O, “Biz güclü Azərbaycanın tərəfdarıyıq” deyərək məsələyə
nöqtə qoydu.
“İranian Diplomacy” Nulandın səfərinə Dağlıq Qarabağ münaqişəsi
kontekstində xüsusi diqqət çəkir. Nəşr Rusiyanın münaqişədə
təşəbbüsü ələ almaq və beləliklə regiondakı gücünü sabit vəziyyətə
gətirmək istəyində olduğunu qeyd edir.
Nulandın səfərindən bir neçə gün öncə Rusiya Federasiyası
prezidentinin yanında İctimai Palatanın üzvü, Putinin yaxın ətrafı
hesab olunan Sergey Markov Qarabağ münaqişəsinin həllində Moskvanın
təşəbbüsləri ələ almaq istəyinə işarə vurdu.
“Rusiya ATƏT-in Minsk qrupu olmadan Qarabağ münaqişəsinin həlində
tarixi rolunu oynayacaq. Amerika Minsk qrupu çərçivəsində
hərəkətverici qüvvə olmağı çox istəyir. Lakin Azərbaycan və Rusiya
arasında yaxşı münasibətləri nəzərə alaraq, Moskva Qarabağ
münaqişəsinin həllində yeni təşəbbüslərlə çıxış edəcək və bu,
əvvəllər olmayan qədər Bakının maraqlarına xidmət edəcək. Məsələ
ondadır ki, Azərbaycan hazırda hərbi və iqtisadi inkişafını olduqca
gücləndirib. Erməni xalqı isə Azərbaycan və Türkiyə ilə sərhədlərin
bağlılığı, Rusiya ilə quru əlaqənin olmamasına görə iqtisadi
blokadadan çox yorulub. Dağlıq Qarabağ ətrafında 7 rayonu azad
edərək, Ermənistanı blokadadan çıxarmaq və cəbhədəki toqquşmaları
azaltmaq mümkündür”, - deyə Kremlə yaxın politoloq bildirib.
Bir sıra analitiklərə görə, Ağ Evin öz diplomatını Bakıya
göndərməsinə səbəb Qarabağ münaqişəsində təşəbbüsü Rusiyaya
verməməkdir. Bu məsələdə ABŞ ictimaiyyəti də maraqlıdır. Misal
üçün, ictimai rəyin öyrənilməsi ilə məşğul olan “Gellap”
institutunun apardığı sorğuya görə, 18 faiz amerikalı Rusiyanı
özünə düşmən hesab edir. Halbuki bu göstərici ötən il 9 faiz
idi.
Vaşinqton Moskvanın Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olaraq Azərbaycanın rəğbətini qazanmasını istəmir.
Nulandın səfərindən bir gün öncə İran xarici işlər naziri Bakıda
oldu. Bunun fonunda azərbaycanlı parlamentarilər ABŞ-ı Azərbaycanın
daxili işlərinə qarışmaqda ittiham edirdi.
Yaxın Şərqdə problemlər, Suriya və İraqda böhran, İŞİD təhlükəsi ilə mübarizə, Ukraynadakı çətin vəziyyət, Rusiya ilə qarşıdurma, Putinin Avrasiya İttifaqını yaradaraq keçmiş SSRİ-ni bərpa etmək planları, İranın nüvə problemi üzrə danışıqlar ABŞ-ın Cənubi Qafqaza lazımi diqqət ayırmasına imkan vermirdi. Bu baxımdan, Dövlət katibinin köməkçisinin son səfəri region ölkələri ilə münasibətlərə yenidən baxmaq və gücləndirmək üçün xüsusi əhəmiyyət daşıyır. Bu, xüsusilə Azərbaycana aiddir. Vaşinqton Bakıya xüsusi diqqət göstərir və verdiyi vədləri unutmadığını vurğulayır.
Azərbaycan hazırda diqqəti Ukraynaya görə Rusiyaya tətbiq olunan
sanksiyalara yönəldir. Çünki onun ərazisinin 20 faizini işğal edən
Ermənistan indiyə qədər heç bir təzyiqə məruz qalmayıb. Eləcə də
2008-ci ildə Gürcüstan separatizmlə üzləşib. Bakının qətiyyətindən
cəsarətlənən Tiflis də Qərbin qarşısında eyni məsələni
qaldırır.
Asif Nərimanlı
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət