Razi Nurullayevdən daha bir fakt
Bizi izləyin

Nida.az

Razi Nurullayevdən daha bir fakt

"Hamısı deyir ki, Razi Nurullayev hökumətə işlədiyi üçün Əli Kərimli onu müavinlikdən uzaqlaşdırıb. Mən başa düşmürəm, hökumətə işləmək nə deməkdir axı? Bir müxalifətçi hökumətə hansı formada işləyə bilər? Məgər siz gizli fəaliyyətlə məşğulsiniz ki, kimsə bu barədə hansısa hökumət orqanına məlumat versin?"

Publika.az xəbər verir ki, bunu AXCP sədrinin keçmiş müavini Razi Nurullayev Facebook səhifəsində yazıb.

"Razi Nurullayev partiyanın qərarına zidd olaraq hökumətlə sazişə girərək mandat, vəzifə-filan da almayıb. Amma bunu 1995-2000-ci illər parlament seçkilərində, 1998-ci il bələdiyyə seçkilərində hörmətli Əli Kərimli edib", - Nurullayev əlavə edib.

Bu barədə geniş danışmağa həvəsi və vaxtı olmadığını deyən R.Nurullayev cəbhəçilərin başda MSK olmaqla, DSK və MnSK-larada Əli Kərimlinin tapşırığıyla hansı oyunlardan çıxdıqları araşdırılsa, əksəriyyətinin hökümətin cibindən çıxacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm