Parisdə "Əl-Cəzirə"nin 3 jurnalisti həbs olundu
Bizi izləyin

Dünya

Parisdə "Əl-Cəzirə"nin 3 jurnalisti həbs olundu

Ötən gün Paris üzərində uçan pilotsuz aparatlara görə polis Əl-Cəzirənin üç jurnalistini şübhəli şəx qismində həbs edib.

Publika.az-ın məlumatına görə, Əl-Cəzirə jurnalistlərin məhz bu “müəmmalı dronlardan” reportaj hazırladıqlarını bildirib. AFP polis mənbələrinə istinadən bildirib ki, həbs olunanlardan biri dronu idarə edir, ikincisi onu lentə alır, üçüncü isə ümumi çəkilişə nəzarət edirmiş.

Paris üzərində lisenziyasız dron uçurdulması qadağandır və belə bir hərəkətə görə cinayət məcəlləsində 1 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Ötən ilin oktyabrında bir israilli turist Paris üzərində dron uçurtduğuna görə 400 avro cərimə edilib.

Xəbər verilir ki, ötən il ərzində Fransada ölkə boyunca pilotsuz təyyarələrin uçuşları müşahidə edilib. Onlardan biri prezident sarayının, digəri isə Brittani körfəzindəki nüvə sualtı qayıqlarının üszərində müşahidə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm