Ukraynada ərzaq satışı məhdudlaşdırılıb
Bizi izləyin

Dünya

Ukraynada ərzaq satışı məhdudlaşdırılıb

Ukraynanın ticarət obyektlərində adambaşına ərzaq mallarının satışına məhdudiyyət qoyulub. Əhali təşviş içərisində şəkər, un, günəbaxan yağı və gec xarab olan digər ərzaq malları alır.

Publika.az-ın məlumatına görə, Ukrayna mağazalarında qiymətlər, demək olar, hər gün, bəzən hətta gündə iki dəfə təzələnir. Belə ki, həftə ərzində şəkər 20 faiz, yanacaq 18 faiz, tərəvəz 13-20 faiz, çörək-bulka və makaron məmulatları 5 faiz bahalaşıb. Kiyevdə mağazaların piştaxtaları nəzərəçarpacaq dərəcədə boşalıb. İndi bir nəfərə iki paketdən çox qarabaşaq, iki butulkadan çox günəbaxan yağı, 2-5 kiloqramdan çox şəkər və un satılmır.

Qiymətlərin sürətli artım tempi qrivnanın məzənnəsinin kəskin şəkildə enməsinə səbəb olub. Milli valyutanın dollara nisbətdə rəsmi məzənnəsi 28 Ukrayna qrivnası olsa da, bu məzənnə ilə heç kəs valyuta satmır. Qara bazarda isə dolları 39-45 qrivnaya almaq mümkündür.

Baş nazir Arseni Yatsenyuk Milli Bankı və onun sədrini qeyri-peşəkarlıqda ittiham edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm