“Charlie Hebdo”dan Molla Həsrəddin sürprizi və “it” Sarkozi - FOTO
Bizi izləyin

Dünya

“Charlie Hebdo”dan Molla Həsrəddin sürprizi və “it” Sarkozi - FOTO

Fransanın satirik jurnalı “Charlie Hebdo” 7 yanvar tarixindəki hücumdan sonra yenidən fəaliyyətə başladı.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, jurnalda müxalifət lideri, keçmiş prezidenti Nikolas Sarkozi, “Milli Cəbhə”nin lideri Le Pen və Roma Papası Fransisk təsvir edilib.

Le Pen, Nikolas Sarkozi və Papa “it” şəklində təsvir edilib və ağzında “Charlie Hebdo” tutan bir itin arxasınca qaçdığı görünür. Jurnalda həmçinin türk dünyasının yumor qəhrəmanı Molla Nəsrədinin bir lətifəsi də verilib.

Yanvarın 7-də edilən hücumdan sonra jurnalın Fransa mediasının dəstəyi ilə dərc olunan xüsusi sayı 8 milyon tiraj olmuş və bununla da Fransa mətbuatının tarixinə keçmişdi. Jurnalın xüsusi sayının üz səhifəsində Məhəmməd peyğəmbərin təsvir edilməsi islam dünyasında sərt qarşılanmışdı.

Terror hücumlarından sonra jurnalın abunəçilərinin sayı 20 dəfə artaraq 200 minə çatıb. Hücumdan əvvəl maliyyə sıxıntısı yaşayan jurnalın abunə gəlirləri və digər yardımlarla bu il 30 milyon avro gəlir əldə etməsi gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm