ABŞ rəsmiləri Netanyahuya qarşı
Bizi izləyin

Dünya

ABŞ rəsmiləri Netanyahuya qarşı

ABŞ rəsmiləri İsrailin baş naziri Benjamin Netanyahunun Amerika və İran arasında davam edən nüvə danışıqları ilə bağlı tutduğu mənfi mövqeyini kəskin tənqid ediblər.

Publika.az xəbər verir ki, Netanyahu dünya güclərini İranın nüvə silahı əldə etməsi cəhdlərinin qarşısını almaqdan imtina etməkdə günahlandırıb. İranla danışıqlarda ABŞ-ı təmsil edən dövlət katibi Con Kerri bildirib ki, İsrail bu danışıqlara münasibətdə yanlış mövqe tutub.

Kerri bəyan edib ki, İsrail baş nazirinin gələn həftə Konqresdə edəcəyi çıxışını gözləyəcək. Dövlət katibi yada salıb ki, Netanyahu prezident Buşun vaxtında İraqa müdaxilənin qızğın tərəfdarı olub və bunun nə ilə nəticələndiyi hamıya bəllidir.

Netanyahunu Konqresdə çıxış etmək üçün respublikaçılar dəvət ediblər. Onlar Qərbin İranla apardığı nüvə danışıqlarının və Tehranla yaxınlaşmanın əleyhinə çıxırlar. Prezident Obamanın milli təhlükəsizlik müşaviri Susan Rice ABŞ-İsrail münasibətlərinin partiyalararası münasibətlər müstəvisinə gətirilməsinin əleyhinə olduğunu bildirib.

Netanyahunun dəvət olunması məsələsində Ağ Evin və ya demokratların rəyi öyrənilməyib və prezident Obama bildirib ki, İsraildə keçiriləcək 17 mart seçkisinin yaxınlığı ilə əlqədar baş nazir Netanyahu ilə görüşməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm