Tabloid.az
Xalq artistinin qızı əməliyyata pul tapmır
Xalq artisti, mərhum aktyor Hacıbaba Bağırovun ilk ailəsindən olan qızı Lalə Bağırova kömək üçün “Öz aramızda” verilişinə müraciət edib.
Publika.az-ın axşam.az-a istinadən məlumatına
görə, ürəyindən əziyyət çəkən L.Bağırova əməliyyat üçün maddi
yardım istəyib:
“Müayinə olunmuşam, dedilər ürəyində əməliyyat lazımdır. Bu da 8
min manata başa gələcək”.
Mərhum aktyorun qızı atası ilə münasibətlərindən də
danışıb:
“Hacıbaba Bağırovun rəsmi qızıyam. Atam da, anam da dünyasını
dəyişdi, təkəm. Həyatda məni saxlayan qızımdır. Heç kimim yoxdur.
Qızım olmasaydı, bura gəlib, sizdən heç nə istəməzdim. Balamın
sabah tək qalmaması üçün bura müraciət etdim. Bu vaxta qədər nə
özümü reklam, nə də atamın adından istifadə etmişəm. Atamdan
yerlə-göy qədər razıyam. Son dəqiqəsində onun halallığın almadım.
O, xəstəxanada idi. Mənə demədilər. Biz həmişə ünsiyyətdə olmuşduq,
nəvəsini çox istəyirdi. Mənə atamdan heç nə qalmayıb. İndi anamın
evində yaşayıram. 2010-cu ildə anam dünyasını dəyişəndən sonra ev
mənim adıma keçdi. Atamın hər şeyi ikinci xanımının adına idi. Heç
ondan qalan mirasdan pay da istəmirəm".
H.Bağırovun sonuncu həyat yoldaşı Arzu Bağırova verilişə zəng
edərək bunları deyib:
“Hacıbaba müəllim qızı ilə küsülü idi. O, can verəndə dedim ki, bəlkə, Laləyə zəng edim, barışasan? Dedi: “Əgər ölümümü tezləşdirmək istəyirsənsə, et”.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye