Londonda sensasiya, Leverkuzendə “soyuq duş” – VİDEO
Bizi izləyin

İdman

Londonda sensasiya, Leverkuzendə “soyuq duş” – VİDEO

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları başa çatdı. Son oyun günündə baş tutan iki qarşılaşmada da sürpriz nəticə qeydə alındı.

Publika.az xəbər verir ki, “Arsenal”ın doğma meydanda “Monako”ya məğlub olması bütün Avropa mətbuatında sensasiya kimi qarşılanıb. Səfərdə inamlı qələbə qazanan “Knyazlıq klubu”nu növbəti mərhələdən yalnız möcüzə uzaqlaşdıra bilər.

ÇL-in son finalçısı “Atletiko”nun Almaniyada “Bayer”ə minimal hesablı qələbəsi təsadüf olmadı. Leverkuzenlilər güclü rəqibinə layiqli müqavimət göstərdi və mövsümdə ən yaxşı oyunlarından birini keçirdi.

Arsenal - Monako 1:3

Oksleyd-Çemberleyn, 91 - Kondoqbia, 38. Berbatov, 53. Ferreyra Karrasko, 94.

Bayer – Atletiko 1:0

Çalhanoğlu, 57.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm