Avropa Liqasında 16 güclünü müəyyən etməyin vaxtıdır
Bizi izləyin

İdman

Avropa Liqasında 16 güclünü müəyyən etməyin vaxtıdır

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçiriləcək və yoluna davam edənlər müəyyənləşəcək.

Publika.az xəbər verir ki, iki oyun Rusiyada keçirildiyi üçün müəyyən olunmuş vaxtdan 1 saat tez başlayacaq. "Dinamo" "Anderlext"i, "Zenit" PSV-ni qəbul edəcək.

Türkiyə klublarından "Beşiktaş" evdə "Liverpul"u sınağa çəkəcək. "Qara qartallar" doğma meydanda ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Trabzonspor" klubu isə İtaliyaya səfər edəcək. İlk görüşdə "Napoli"yə 0:4 hesabı ilə uduzan Trabzon təmsilçisi üçün bu oyun formal xarakter daşıyır.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. İlk görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Ukrayna təmsilçisi səfərdə bu üstünlüyünü qorumağa çalışacaq.

F qrupunu qalib başa vuran "İnter" isə evdə "Seltik"lə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar arasında Şotlandiyada baş tutmuş oyunda 3:3 hesablı bərabərlik qeydə alınmışdı.

Avropa Liqası, 1/16 finalın cavab oyunları

26 fevral

21:00 Dinamo M (Rusiya) - Anderlext (Belçika)

(İlk oyun - 0:0)

21:00 Zenit (Rusiya) - PSV (Hollandiya)

(İlk oyun - 1:0)

22:00 Borussiya M (Almaniya) - Sevilya (İspaniya)

(İlk oyun – 0:1)

22:00 Beşiktaş (Türkiyə) - Liverpul (İngiltərə)

(İlk oyun - 0:1)

22:00 Dinamo K (Ukrayna) - Genqam (Fransa)

(İlk oyun – 1:2)

22:00 Fiorentina (İtaliya) - Tottenhem (İngiltərə)

(İlk oyun - 1:1)

22:00 İnter (İtaliya) - Seltik (Şotlandiya)

(İlk oyun - 3:3)

22:00 Legiya (Polşa) - Ayaks (Hollandiya)

(İlk oyun – 0:1)

22:00 Zalsburq (Avstriya) - Vilyarreal (İspaniya)

(İlk oyun – 1:2)

00:05 Atletik (İspaniya) - Torino (İtaliya)

(İlk oyun – 2:2)

00:05 Brügge (Belçika) - Olborq (Danimarka)

(İlk oyun – 3:1)

00:05 Everton (İngiltərə) - Yanq Boyz (İsveçrə)

(İlk oyun – 4:1)

00:05 Feyenoord (Hollandiya) - Roma (İtaliya)

(İlk oyun – 1:1)

00:05 Napoli (İtaliya) - Trabzonspor (Türkiyə)

(İlk oyun – 4:0)

00:05 Olimpiakos (Yunanıstan) - Dnepr (Ukrayna)

(İlk oyun – 0:2)

00:05 Sportinq (Portuqaliya) - Volfsburq (Almaniya)

(İlk oyun – 0:2)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm