Ziyafət Əsgərov: “Girovlarımızı çox saxlaya bilməyəcəklər”
Bizi izləyin

Nida.az

Ziyafət Əsgərov: “Girovlarımızı çox saxlaya bilməyəcəklər”

“Azərbaycanlı girovların üzərində şou xarakterli məhkəmələrin qurulması biabırçılıqdır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında bildirib.

Girovlarımızın azad edilməsi məsələsinə münasibət bildirən vitse-spiker bildirib ki, ölkə prezidentinin tapşırığıyla ciddi işlər görülüb: “İstər dövlət orqanları və parlament səviyyəsində, istər xarici səfərlərdə, həmçinin Avropa təşkilatlarının nümayəndələrilə görüşlər zamanı bu məsələ qaldırılır. Dağlıq Qarabağ, eyni zamanda, Kəlbəcər Azərbaycan torpaqlarıdır. İki azərbaycanlının doğma torpağını ziyarət etməsində qəbahət yoxdur”.

Z. Əsgərov həmçinin bildirib ki, bu insanların üzərində şou xarakterli məhkəmələrin qurulması biabırçılıqdır: “Güman etmirəm ki, girovlarımızı orada çox saxlaya biləcəklər. ABŞ dövlət katibinin müavini həm Azərbaycan, həm Ermənistan, həm də ABŞ-da bununla bağlı bəyanat verdi. Bu da onu göstərir ki, onlar da girovların qaytarılmasında maraqlıdırlar. Lakin bu sözlər yalnız bəyanat kimi olmamalı, sözlərin arxasında bir iş olmalıdır”.

Vitse-spiker qeyd edib ki, Ermənistana şou məhkəmələrdən uzaq durması üçün təzyiq görstərilməlidir. O, həmçinin bu məsələdə Rusiyanın roluna da münasibət bildirib: “Girovlardan biri Rusiya vətəndaşıdır. Təəssüf edirəm ki, Rusiya tərəfi öz vətəndaşına sahib çıxmayıb. Bir ay əvvəl Lavrov bu istiqamətdə işə başlayacaqlarıyla bağlı bəyanat verdi. Lakin hələ ki ortada bir iş yoxdur. Ümid edək ki, Rusiya öz Konstitusiyası və qanunlarına uyğun olaraq vətəndaşına sahib çıxacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm