“Milli səviyyəsində oynaya biləcək hücumçu yoxdur”
Bizi izləyin

İdman

“Milli səviyyəsində oynaya biləcək hücumçu yoxdur”

Antalyada təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən 21 yaşadək futbolçulardan ibarət millimiz qanalı həmyaşıdlarına 1:2 hesabıyla məğlub olub.

Publika.az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Yaşar Vahabzadə hücum xəttindən narazı olduğunu deyib:

"Bu toplanışda iki oyun keçirdik. Uşaqların əzmkarlığından razıyam. Komandada istək var idi. Qana yığması fiziki, atletik cəhətdən bizim komandadan güclüdür. Məğlub olmağımıza baxmayaraq, sona qədər mübarizə apardıq. Birinci hissədə baxımlı oyun göstərdik. Uşaqlarda bir az yorğunluq var idi. Amma yenə də sona kimi mübarizə apardılar. Nə qədər çalışsaq da, hesabı bərabərləşdirə bilmədik.

Ən böyük problemimiz hücum xəttindədir. Orxan Əliyevi məcburiyyətdən mərkəz hücumçusu mövqeyində oynadırıq. Birinci oyunda iştirak etdi, pis təsir bağışlamadı. Bu gün də çalışırdı ki, nəsə etsin. Amma klubunda hücumçu kimi yox, cinahda oynayır. Təəssüflə deyirəm ki, hücum xəttində oynamağa futbolçumuz yoxdu. Düzdü, klubların əvəzedici heyətlərində var, hamısını nəzərdən keçirmişik. Lakin milli səviyyəsində oynaya biləcək hücumçu yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm