İsrail eksperti: “İŞİD-in əməlləri ermənilərin Xocalıdakı vəhşiliklərinə bənzəyir”
Bizi izləyin

Nida.az

İsrail eksperti: “İŞİD-in əməlləri ermənilərin Xocalıdakı vəhşiliklərinə bənzəyir”

“Xocalı yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı cinayətdir”.


Publika.az xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər üzrə məşhur İsrail eksperti Arye Qut deyib.


Onun sözlərinə görə, Xocalıda insanları qətlə yetirənlər bu gün Ermənistan rəhbərliyində əyləşib: “Ermənistan prezidenti Serj Sarkisyan, müdafiə naziri Seyran Ohanyan, keçmiş prezident və digərləri Xocalıdakı qətliamın, eləcə də digər faciələrin birbaşa iştirakçılarıdır. Sarkisyan britaniyalı jurnalist Tomas de Valla müsahibəsində insanları qətlə yetirdiyini etiraf edir. O, “Xocalıdan əvvəl azərbaycanlıların bizimlə zarafat etdiklərini düşünürdülər. Onlar ermənilərin mülki əhaliyə qarşı hücum edəcəklərinə inanmırdılar. Biz bu stereotipi sındırdıq” deyə öz dili ilə etiraf edir. Öz cinayətləri haqda tarixdə yalnız nasist siyasətçilər lovğalıqla danışırdılar. İndi biz Xocalı cinayətlərinə eyni standartlarla yanaşmalı deyilikmi?”


İsrail eksperti bu gün İŞİD cinayətlərini 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda törətdiklərinə bənzədiyini qeyd edib.


“Erməni silahlı qüvvələrinin cinayətləri nəticəsində 613 azərbaycanlı qətlə yetirildi. Yaşlılar, uşaqlar, qadınlar görünməmiş işgəncələrə, təhqirlərə, vəhşiliklərə məruz qaldı. Yeri gəlmişkən, bu gün İŞİD-in törətdiyi işgəncələr Xocalıda ermənilərin həyata keçirdiyi vəhşiliklərlə çox bənzəyir”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm