Ziyafət Əsgərov: “Minsk qrupu bu məsələni həll edə bilməyib”
Bizi izləyin

Nida.az

Ziyafət Əsgərov: “Minsk qrupu bu məsələni həll edə bilməyib”

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sırasına Türkiyə və Almaniyanın qatılması ilə bağlı fikirlərə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, Z.Əsgərov həmsədrlərin sayının artırılmasına tərəfdar olduğunu vurğulayıb: “ATƏT-in Minsk qrupunun hazırki həmsədrləri Təhlükəsizlik Şurasının daimi üzvləridir. Amma təklif olunan iki yeni ölkə daimi üzv deyil. Düzdür, Almaniya bu məsələdə həmişə dəstək göstərdiyini bəyan edib. Türkiyə isə həm Ermənistan, həm də Azərbaycan ilə sərhəddir və Qafqazda sabitliyin qorunmasında Türkiyənin marağı var. Əlbəttə, bu ölkələrin Minsk qrupu ölkələri sırasına daxil edilməsi yaxşı olardı. Bu vaxta qədər 3 daimi üzv bu məsələni həll edə bilməyib. Hər halda, ümid edirik ki, bu danışıqlar bir nəticə verəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm