Nida.az
Bakı Avropanın əsas enerji tərəfdaşı oldu – Xəzərdə böyük layihə gerçəkləşir
Avropa Birliyi strateji enerji partnyorlarının siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, potensial enerji
partnyorları sırasına Əlcəzair, Türkiyə, Azərbaycan, Türkmənistan
və Yaxın Şərq ölkələri daxildir.
Avropa Birliyinin enerji məsələləri üzrə komissarının müavini Maroş Şevçovik perspektivdə İran və İraqdan da qaz almağın mümkünlüyünü açıqlayıb: “Avropa gələcəkdə İran və İraqdan qazın çatdırılmasına ümid edir. Bununla yanaşı, bu il Türkmənistan və Azərbaycan arasında Transxəzər boru xəttinin tikintisi haqda üçtərəfli memorandumun imzalamağa hazırlaşırıq”.
Avropa Birliyinin enerji strategiyası haqda sənədində isə qeyd
olunur ki, birlik tərəfdaş ölkələrlə enerji təhlükəsizliyi
məsələləri haqda razılaşmaları müzakirə edir.
Maraqlı məqamsa, Rusiyanın enerji partnyorları siyahısına daxil
edilməməsidir.
“Avropa Birliyi Rusiya ilə enerji münasibətlərinə yenidən baxacaq.
Bu istiqamətdə uyğun şərait yaradılacaq”, - deyə sənəddə
bildirilir.
M. Şefçoviçin sözlərinə görə, enerji qiymətləri, həcmləri və
çatdırmalarının şərtləri şəffaf şəkildə olacaq. Bunun üçün Avropa
Birliyi 2010-cu ildə qəbul olunan enerji qanunvericiliyini dəyişmək
niyyətindədir.
Asif
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO