Xəyanətindən əri xəbər tutdu, özünü keçiddən atdı
Bizi izləyin

Dünya

Xəyanətindən əri xəbər tutdu, özünü keçiddən atdı

Başqa kişiyə yazdığı mesajlardan əri xəbər tutan qadın özünü yerüstü keçiddən atıb.

Publika.az xəbər verir ki, tükürpədici hadisə Türkiyənin Karabük şəhərinin Safranbolu mahalında baş verib.

23 yaşlı Elmas Yılmaz 5 illik həyat yoldaşına xəyanət edib. Başqa kişiylə telefonda smsləşən qadın yazdığı mesajlardan ərinin xəbər tutduğunu görüncə evdən qaçıb.

Əri həyat yoldaşının yazdığı mesajlardan ötən gün axşam saatlarında xəbər tutub. Bunu həyat yoldaşının qardaşına xəbər verib və qızla danışaraq hər şeyi aydınlaşdırmaq üçün vaxt təyin ediblər. Bundan xəbər tutan Elmas Yılmaz evdən qaçıb. Avtobusa minərək 5 kilometr gedəndən sonra Karabük-Safranbolu yolunda marşrutdan enib. Daha sonra yerüstü keçidə qalxıb və özünü oradan atıb.

Hadisə şahidlərinin sözlərinə görə, Elmas Yılmaz telefonla danışdıqdan sonra özünü üst keçiddən atıb. Asfaltın üstünə düşən qadın əri və qardaşının olduğu avtomobilə çırpılıb. Gənc qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm