Rusiyadan NATO-ya cavab: Qoşunlar Baltika ölkələri sərhədində
Bizi izləyin

Dünya

Rusiyadan NATO-ya cavab: Qoşunlar Baltika ölkələri sərhədində

Rusiya Estoniya və Latviya ilə sərhəddə ikigünlük genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Pskov vilayətində keçiriləcək hərbi təlimlərə iki min hərbçi və hərbi texnikanın 500 vahidi cəlb edilib.

Bundan başqa, Rusiya desantçıları desant-hücum əməliyyatlarının aparılması məsələlərini yerinə yetirəcəklər. Hərbi təlimlər fevralın 27-də Struqi Krasnıy poliqonunda desant-hücum batalyonları və özüyeriyən artilleriya divizionunun döyüş atışının həyata keçirilməsi ilə başa çatacaq.

ABŞ-ın “Newsweek” nəşri isə yazıb ki, Rusiyanın Baltikyanı ölkələrlə sərhəddə keçirdiyi hərbi təlimlərdən biri bu ölkələrdən birinin paytaxtına ildırımsürətli hücuma çevrilə bilər. Nəşr qeyd edir ki, təlimlər Baltikyanı ölkələrə hücum strategiyasının bir hissəsi ola bilər.

Rusiyanın Estoniya və Latviya ilə sərhəddə başladığı hərbi təlimlər NATO ölkələrinin Estoniyada keçirdiyi hərbi parada cavab olduğu bildirilir. Qeyd edək ki, NATO hərbi alyansın üzvləri olan Böyük Britaniya, İspaniya, Niderland, Latviya, Litva, Estoniya və ABŞ-ın hərbçiləri dünən Rusiyanın sərhədinin 300 metrliyində hərbi parad keçiriblər.

Paradın keçirildiyi yerin seçimi isə simvolik hesab edilir. Narva şəhəri Rusiya ilə sərhəddə yerləşir. Rusiyanın Baltika respublikalarına hücum edəcəyi halda şəhər potensial hədəf hesab olunur. Şəhər sakinlərinin əksəriyyəti etnik ruslardır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm