“Yaddaşlarda yaşayan Xocalı” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Yaddaşlarda yaşayan Xocalı” - FOTOLAR

Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Yaddaşlarda yaşayan Xocalı” adlı sərginin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev erməni hərbi birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri soyqırım haqqında danışıb, bu qətliamın bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olduğunu vurğulayıb: “Xocalıda 613 nəfər öldürülüb. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın və 70 nəfəri qoca olub, 8 ailə tamamilə məhv edilib”.

Nazir müavini Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizə külli miqdarda maddi və mənəvi ziyanın dəydiyini vurğulayıb: “İşğal altında olan 20 faiz torpaqlarımızda 1500-dən çox tarixi abidə, 4 dövlət teatrı, 26 muzey, 85 musiqi məktəbi, 5 milyona qədər kitab və nadir əlyazma nümunələri və digər mədəniyyət nümunələri dağıdılıb”.


Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu qanlı faciə ilə bağlı dünyanın bir çox ölkəsində tədbirlər təşkil olunur, sərgilər keçirilir, həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.

Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov da bu mövzuda sərginin bir neçə ildir keçirildiyini, təqdim edilən əsərlərin müsabiqə yolu ilə seçildiyini vurğulayıb.

Sərgidə 62 rəngkarın 71, 23 qrafika rəssamının 28, 10 heykəltəraşın 12, 10 dekorativ-tətbiqi sənət ustasının 12 əl işi nümayiş olunur. Sərgi fevralın 27-dək davam edəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm