Xocalı soyqırımının qurbanları anılır - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Xocalı soyqırımının qurbanları anılır - FOTOLAR

Bu gün Xocalı faciəsinin ildönümüdür. Ermənistan silahlı birləşmələrinin 366-cı motoatıcı alayla birlikdə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində törətdikləri soyqırımın baş verməsindən 23 il ötür. 613 nəfər insanın qətlə yetirildiyi, yüzlərlə soydaşımızın yaralandığı, işgəncələrə məruz qaldığı, itkin düşdüyü qətliamın qurbanları hər il olduğu kimi bu il də respublikamızın bütün şəhər və rayonlarında anılır, soyqırım qurbanları böyük ehtiramla yad edilir.

Xocalı faciəsi ilə bağlı anım tədbirləri ölkə başçısı İlham Əliyevin, habelə hökumət nümayəndələrinin Xocalı abidəsini ziyarət etmələri ilə başlandı.

Daha sonra minlərlə paytaxt sakini, o cümlədən ayrı-ayrı dövlət qurumlarının rəhbərləri və əməkdaşları, müəssisə və təşkilatların nümayəndələri Xətai rayonunda yerləşən “Xocalı abidəsi”nin önünə yürüş edərək soyqırım qurbanlarının ruhuna ehtiramlarını ifadə ediblər.

Xocalı faciəsinin anım mərasiminə qatılan beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Xocalı faciəsi ilə bağlı fikirlərini Publika.az-a danışıb.

İsraildə yaşamasına baxmayaraq, Azərbaycanı öz vətəni hesab edən ekspert deyir: “İsraildə yaşasam da, Azərbaycan mənim Vətənimdir. Bu mənada Xocalı mənim üçün çox ağır mövzudur. İsraildə Xocalı ilə bağlı görülən işlərə Heydər Əliyev Fondu çox böyük dəstək olur və Azərbaycan diasporu ilə birgə işləri həyata keçiririk. Vaxt vardı, biz çoxlu tədbirlər keçirirdik, amma bu gün dünyaya çıxmaq fikri, düşüncəsi olmalıdır. Misal üçün, soyqırım ərəfəsində İsraildə fəaliyyət göstərən beynəlxalq telekanalın əməkdaşlarını Bakıya gətirmişəm. Bu işdə Azərbaycan dövləti mənə dəstək oldu və buna görə təşəkkürümü bildirirəm. Biz nə qədər dünyaya televiziya, radio, qəzet vasitəsilə dünyaya çıxarıqsa, o qədər Azərbaycan haqqında, o cümlədən Xocalı haqqında informasiya çox olacaq. Açıq deyirəm ki, mən İsraillə Amerika arasında körpü olmağa hazıram”.

A.Qut bir neçə gün öncə Amerikada ən çox oxunan yəhudi qəzetlərindən birində Xocalı ilə bağlı məqaləsinin nəşr edildiyini vurğulayıb.

İsrailli ekspert bildirib ki, İsrail telekanalında Azərbaycanla bağlı silsilə verilişlər olacaq və bu gələn həftədən efirlərə çıxacaq. O qeyd edib ki, ötən həftə “The Jerusalem Post Magazine” qəzetində Azərbaycan haqqında böyük bir məqalə çap edilib.

Soyqırım qurbanlarını anım mərasimi davam edir.

Publika.az anım mərasimindən fotoları təqdim edir:

Anar

Fotolar Elçin Muradındır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm