Nazir: “Heç bir qiymət artımından söhbət gedə bilməz”
Bizi izləyin

Qırmızı.az

Nazir: “Heç bir qiymət artımından söhbət gedə bilməz”

“Bu gün ölkəmizə gətirilən gübrələr manatın keçmiş kursu ilə alındığına görə heç bir qiymət artımından söhbət gedə bilməz”.

Publika.az-ın məlumatına görə, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov ölkəmizə gübrə idxal edən şirkətlərin nümayəndələri və müvafiq qurumların rəhbərləri ilə görüşündə səsləndirib. Nazir ölkəmizdə fermer və sahibkarların gübrəyə olan tələbatı barədə toplantı iştirakçılarına geniş məlumat verib.

“Gübrələr öz keyfiyyətinə görə müasir standartlara cavab verməli və kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzətlə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon Aqroservis filiallarında, həmçinin şirkətlərin satış məntəqələrindən satılmalı, eyni zamanda qiymətlər dövlətin müəyyən etdiyi qaydalara müvafiq olaraq sabit qalmalıdır. Biz fermerlərin heç bir zərər çəkmədən maraqlarına münasib qiymətləri tənzimləməliyik. Bu gün fermerlərin gübrəyə olan tələbatı tam ödənilir. Gübrələrin keyfiyyəti Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən laboratoriyalarda ciddi yoxlanılacaq və nazirlik gübrə bazarında qiymətlərin tənzimlənməsi üçün vaxtaşırı monitorinqlər keçirəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm