Qənirə Paşayeva dünyadakı bütün məscidlərdə Xocalı soyqırımı qurbanlarını yad etməyə çağırıb
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva dünyadakı bütün məscidlərdə Xocalı soyqırımı qurbanlarını yad etməyə çağırıb

Qardaş Türkiyədə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbirlərdə çıxış edən millət vəkili Qənirə Paşayeva dünyanın hər yerində məscidlərdə, camilərdə Ermənistanın Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımın qurbanlarını yad etməyə çağırıb.

O bildirib ki, Almaniyaya səfəri zamanı da bu ölkədə fəaliyyət göstərən 1000-dən artıq camilərin olduğunu vurğulayaraq onlara müraciətlə belə bir çağırışla çıxış etmişdi. Millət vəkili deyib ki, əslində etnik, milli kimliyindən və dini inancından asılı olmayaraq, insanlığın yanında olan hər kəs "Xocalıya Ədalət" deyən Azərbaycanın yanında olaraq Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayəti pisləməklə bərabər onu törədənlərin ədalət qarşısında cavab verməsi istiqamətində dəstək verməlidir. Xocalı Soyqırımını törədənlər ədalət qarşısında cavab verməyənədək, Xocalılar da daxil olmaqla öz evindən köçkün düşmüş 100 minlərlə insanımız öz evinə dönməyənə qədər bizə rahatlıq olmayacaq və dünyanın hər yerində yaşayan insanımızı bu məsələlərdə daha fəal olmağa çağırırıq.

Biz həqiqətlərin dünyaya daha da geniş çatdırılması, tanıdılması, suçluların layiq olduqları cəzanı alması üçün hamımız birlikdə daha çox çalışmalıyıq. O bildirib ki, dünyanın hər yerində yaşayan türk kökənli insanlar harada doğulub, harada yaşamasından asılı olmayaraq Xocalıda qardaş-bacılarına qarşı törədilmiş soyqırım günündə bu acını paylaşmaqla bərabər Xocalıya Ədalət düşüncəsi ilə ətrafından başlayaraq hər kəsə həqiqətləri daha çox anlatmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm