Azərbaycanın daxili internet şəbəkəsi yaradılacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın daxili internet şəbəkəsi yaradılacaq

Məlumat Hesablama Mərkəzi “Azdatakom” şəbəkəsinin texniki resurslarını hazırda ölkəmizdə fəaliyyət göstərən 30-dan çox internet provayderə təqdim edərək daxili internet şəbəkəsi yaratmağı təklif edib.

Bu barədə Publika.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Daxili internet şəbəkənin yaradılmasında məqsəd qlobal internet şəbəkəsindən maksimum səmərəli istifadəni tənzimləmək, bununla internet provayderlərin beynəlxalq kanallarının 35-40 faizə qədər əlavə yüklənməsinin qarşısını almaqdır. Həmçinin yerli internet resurslardan istifadə zamanı sürəti tənzimləyərək gecikmələri minimuma endirmək, eləcə də daxili internet resurslarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

İlk vaxtlar internet provayderləri arasında 1 Gb saniyə sürətli kanalın yaradılması nəzərdə tutulur. Trafikin həcmi artdıqca kanalın sürətinin artacağı da istisna deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm