Daha bir şirkət süni qiymət artımının qurbanı oldu
Bizi izləyin

Qırmızı.az

Daha bir şirkət süni qiymət artımının qurbanı oldu

Manatın məzənnəsinin dəyişdirilməsi ilə istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı istehlak bazarında “Tulçinka” yağlarının qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bununla əlaqədar həmin yağların istehlak bazarında əsas təchizatçısı olan “Komrad” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Nəzarət tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm