The Hill: “Sarkisyan Xocalıdakı qətliamı etiraf edir”
Bizi izləyin

Nida.az

The Hill: “Sarkisyan Xocalıdakı qətliamı etiraf edir”

Bu gün Ukraynada baş verənlər 1992-ci ildə Azərbaycanın kçik Xocalı şəhərində yaşandı. Bu taktika 1992-ci ildən bəri dəyişməyib”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Hill” nəşri yazıb. Nəşr qeyd edir ki, 1992-ci ildə Rusiyaya Boris Yeltsin rəhbərlik edirdi: “Ermənilər bu şəxsdən lazımınca istifadə etdilər. Daha sonra onu KQB agenti Putin əvəzlədi. Yeltsin ermənilərə ağır silah və tanklarla kömək edərkən Putin əsgər və raket yardımı edir. Bu gün Ukraynaın şərqüində də eyni hadisələr yaşanır. Vaxtilə Qarabağda separatçılara dəstək verən Rusiya 2008-ci ildə Gürcüstanda eyni addımı atdı, indi də Ukraynada eyni ssenarini icra edir”.

Nəşr Xocalı qətliamına görə Amerikanı da sərt tənqid edib. “1992-ci ildə Azərbaycana qarşı 907-ci düzəliş edildi. Erməni lobbisinin güclü təsiri və nağd pullara görə, ədalətsizliyə göz yumuldu.

Bjeziniski yazır: “1992-ci ildə Ermənistan ilə Azərbaycan arasındakı ərazi mübahisələri bu gün Ukraynada yaşanır. Bəzi şeylər dəyişsə də ümumi fon eynidir. 1992-ci ildə ermənilər və ruslar 600-dən çox mülki şəxsi – qadın, uşaq və qocalar daxil olmaqla Xocalıda qırdı”.

Xocalıda iştirak edən şəxslər bu gün Ermənistanda rəhbərlikdə təmsil olunurlar. Sarkisyan Xocalı haqda danışarkən “Xocalı azərbaycanlılara dərs vermək üçün lazım idi” deyə bildirir. Bu gün Putin Ukraynada separatçılara dəstək verdiyini inkar edir, lakin 20 il öncə Azərbaycana qarşı eyni taktika yürüdülmüşdü. Bu gün rus ordusu Ermənistandadır və regiona daimi təhlükə yaradır. Ruslar ermənilərə silah və maliyyə yardımı edir. Eyni yardımlar 1990-cı illərdə də edilirdi. O vaxt Xocalıda uşaqları, qadınları, qocaları məhv edən 366-cı motoatıcı alayı hadisədən dərhal sonra ləğv edildi”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm