Daxili İşlər Nazirliyindən səyyar xidmət
Bizi izləyin

Qırmızı.az

Daxili İşlər Nazirliyindən səyyar xidmət

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Qaradağ Rayon Polis İdarəsinin müvafiq şöbəsinin əməkdaşlarının iştirakı ilə rayonun Qobustan qəsəbəsində şəxsiyyət vəsiqəsinin təmini üzrə növbəti səyyar xidmət keçirilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbir zamanı qəsəbə sakinlərindən 60 nəfərin, o cümlədən şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş 55, hərəkət imkanları məhdud olan 3 nəfərin şəxsiyyət vəsiqəsi ilə təmin olunmaları üçün müvafiq sənədləri icraata götürülüb.

Bununla yanaşı, həmin qəsəbədəki 195 və 321 saylı orta məktəblərin buraxılış siniflərində oxuyan 21 şagirdə şəxsiyyət vəsiqəsi verilib, 35 nəfərin isə sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm