Dünya
Xarkovda törədilən partlayışa görə beş nəfər həbs edilib
Ukrayna Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları fevralın 22-də Xarkovdakı Avromaydanda keçirilən nümayiş zamanı törədilən parlayışın təşkilində şübhəli bilinən daha beş nəfəri həbs ediblər.
AZƏRTAC Ukrayna KİV-inə istinadla xəbər verir ki, Ukrayna Milli
Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinovun
sözlərinə görə, terror qrupunun üzvləri fevralın 26-da antiterror
tədbirləri nəticəsində tutulublar. Onlardan xeyli sayda silah və
sursat aşkar edilərək götürülüb.
Aleksandr Turçinov əlavə edib ki, saxlanılanlar arasında
cinayətin bilavasitə təşkilatçıları və iştirakçıları var. Bundan
əlavə, bu cinayətkar qrupla əlaqəsi olan daha iki cinayətkar
Donetsk vilayətinin Mariupol şəhərində terror aktı törətmək
istəyərkən yaxalanıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları bundan əvvəl
fevralın 22-də Xarkovda törədilən parlayışın təşkilində şübhəli
bilinən 4 nəfəri həbs etmişdi.
Xatırladaq ki, həmin terror aktı nəticəsində 4 nəfər həlak olmuş, 9
nəfər isə müxtəlif bədən xəsarətləri almışdı.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO