ABŞ-ın Rusiya ilə bağlı “B” planı
Bizi izləyin

Dünya

ABŞ-ın Rusiya ilə bağlı “B” planı

“Rusiya üzə “B” planının qəbulu vaxtı yaxınlaşır”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri Konqresin Nümayəndələr Palatasının xarici işlər komitəsində çıxışında bildirib.

“B” planı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya əlavə dəstəyin göstərilməsini nəzərdə tutur”, - Kerri deyib.

O, əlavə edib ki, ABŞ prezidenti Barak Obama Almaniyanın kansleri Angela Merkellə məsləhətləşmələrdən sonra qərar qəbul edəcək.

Xatırladaq ki, dövlət katibi dünən verdiyi bəyanatında ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları hazırladığını söyləyib. Onun sözlərinə görə, yeni anti-Rusiya sanksiyaları Ukraynanın şərqində baş verənlər üçün Rusiyaya layiqli cavab olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm