İŞİD cəlladının əsl adı açıqlandı
Bizi izləyin

Dünya

İŞİD cəlladının əsl adı açıqlandı

Qərb mediası İslam Dövləti qruplaşmasının məşhur cəlladı, “Cihadçı Con” kimi tanınan yaraqlının adını açıqlayıb.

Publika.az-ın məlumatına görə, London ləhcəsi ilə danıçan bu şəxs üzü maskalanmış vəziyyətdə qərbli girovların başlarının kəsilməsini göstərən videoların hasmısında görüntülənib.

Küveytdə doğulmuş, 20 yaşlarında olan Britaniya vətəndaşı Məhəmməd Əmvazi Britaniya təhlükəsizlik xidmətlərinə 2010-cu ildən tanış imiş. Britaniya polisi təhqiqatın davam etdiyini əsas gətirərək əlavə şərh verməkdıən imtina edib.

Əmvazi ilk dəfə onun ABŞ jurnalisti Ceyms Foleyni öldürdüyünü iddia edən videoda ötən ilin avqustunda görünüb. Daha sonra onun ABŞ jurnalisti Steven Sotloffun, Britaniya humanitar yardınm işçisi David Hainesin, britaniyalı taksi sürücüsü Alan Henning və amerikalı humanitar yardım fəalı Abdul-Rahman Kassigin öldürüldüklərini elan edən videolarda göründüyü bildirilir.

Bu ayın əvvəllərində “Cihadçı Con” yapon jurnalist Kenji Gotonun ölümünü elan edən videoda görünmüşdü.

İŞİD-in azad etdiyi Qərb girovları bildirirlər ki, oğurlanmış qərblilərin saxlanması ilə üç britaniyalı cihadçı məşğul olur. Onları şərti oilaraq “Beatles” ayaması ilə tanıyırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm