MTN-in səlahiyyətləri artırıldı – Fərman
Bizi izləyin

Nida.az

MTN-in səlahiyyətləri artırıldı – Fərman

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 984-IVQD nömrəli Qanununun tətbiqi və “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 217 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Publika.az prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmana əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılsın ki, şəxsin xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirlərini keçirərkən, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.7-ci maddəsində nəzərdə tutulan əsasın olub-olmaması barədə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin rəyini alsınlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm