Dünya
Amerikalı milyarder prezident olmaq istəyir
Amerikalı milyarder və Respublikaçılar Partiyasının tərəfdarı Donald Tramp 2016-cı ildə ABŞ prezidentiliyinə namizəd olmaq niyyətini təsdiq edib.
Publika.az xəbər verir ki, bu barədə milyarderin özü “Washington Post” qəzetinə bildirib.
Donald Tramp prezidentliyə namizəd olmaq istəyini “Amerikanın bədbəxt vəziyyəti” ilə izah edib: “Artıq Respublikaçılar Partiyasının yüksək vəzifəli nümayəndələri ilə ilkin məsləhətləşmələr keçirilib. Hamı düşünür ki, mən bunu sadəcə əyləncə üçün edirəm. Amma əyləncə haqqında söhbət gedə bilməz. Mən bunu həzz üçün etmirəm, ölkədə xoşagəlməz hadisələr baş verir”.
Trampın sözlərinə görə, bütün dünyada insanlar amerikalılara gülürlər: “Çinə baxın, onlar, sadəcə olaraq, bizi “öldürürlər"”, iş yerlərimizi alırlar. Bizim Yaxın Şərq və “İslam dövləti” ilə bağlı problemlərimiz var. Ölkəmizi səriştəsiz insanlar idarə edirlər və mən bundan yoruldum. Mən prezidentliyə namizəd olmağı ciddi olaraq fikirləşirəm”.
O həmçinin qeyd edib ki, mövcud siyasi sistemlə bağlı məyusluq keçirən seçicilərin səslərini qazanmaq niyyətindədir.
Ömər Dağlı
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI