Nida.az
İlham Əliyev Polşanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanın etimadnaməsini qəbul edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, səfir Marek Tsalka fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Marek Tsalka etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin qədim tarixə
malik olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli
əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini
bildirdi.
Polşa Prezidenti Bronislav Komorovski ilə Bakıda və müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlığın və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən dövlətimizin başçısı Polşa şirkətlərinin ölkəmizdə, Azərbaycan şirkətlərinin isə Polşada həyata keçirilən birgə layihələrdə daha fəal iştirak etmələrinin önəmini qeyd etdi.
Səfir Marek Tsalka ayrı-ayrı nümayəndə heyətlərinin tərkibində
Azərbaycana müxtəlif vaxtlarda səfər etdiyini vurğuladı. O,
diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin
müxtəlif sahələrdə daha da genişləndirilməsi işində səylərini
əsirgəməyəcəyini dedi.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO