“Avesta” konserni əməkdaşları Xocalı faciəsi qurbanlarını andı – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Avesta” konserni əməkdaşları Xocalı faciəsi qurbanlarını andı – FOTOLAR

“Avesta” konserninin əməkdaşları Xocalı faciəsi qurbanlarının xatirəsini anıblar.

Publika.az-ın məlumatına görə, şirkətin bir qrup əməkdaşı Bakının Xətai rayonunda soyqırım qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

“Avesta” konserninin vitse-prezidenti Taleh Quliyev bildirib ki, 23 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər, 613 nəfəri qətlə yetiriblər: “Allah şəhidlərimizə rəhmət etsin”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm