İran üzrxahlıq məktubunu nə vaxt göndərəcək?
Bizi izləyin

İdman

İran üzrxahlıq məktubunu nə vaxt göndərəcək?

Xəbər vermişdik ki, İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kubokunda milli komandamız tarix yazıb.

İran, İsveç və Almaniyanın yer aldığı qrupdan lider kimi çıxan pəhləvanlarımız Azərbaycan güləş tarixində yeni bir səhifə açmışdı. Amma təəssüf ki, İranda Azərbaycan Respublikasının dövlət himni səslənərkən, ölkəmizin bayrağı düzgün seçilməmişdi. Azərbaycan dövlət bayrağının ulduzu yanlışlıqla 5 guşəli verilmişdi.

AGF-nin baş katibi Əjdər Cəfərov bunun himn səsləndiyi vaxt şahidi olduqlarını demişdi:

“Himn səsləndiyi vaxt bunun şahidi olduq və himni yarımçıq saxlamamaq üçün müdaxilə edə bilməzdik. Artıq təşkilatçılar bununla bağlı bizə üzrxahlıq bildiriblər. Yaxın günlərdə rəsmi şəkildə üzrxahlıq məktubu da göndərəcəklər. Yəni bu cür hallar yolverilməzdir və belə hallara daim diqqətlə yanaşırıq”.

Biz də üzrxahlıq məktubunun gəlib-gəlməməsini öyrənmək üçün AGF ilə əlaqə saxladıq. Federasiyadan Publika.az-a bildirildi ki, hələ məktub gəlməyib:

“Güman ki, İranın üzrxahlıq məktubu növbəti həftə gələcək. Gələn həftəni gözləyirik”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm