Füzuli rayonunda e.ə I minilliyə aid uşaq heykəli tapılıb - FOTO
Bizi izləyin

Tabloid.az

Füzuli rayonunda e.ə I minilliyə aid uşaq heykəli tapılıb - FOTO

Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında antik dövrə aid dəmir uşaq heykəli tapılıb.

Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov AzərTAc-a bildirib ki, hündürlüyü 10 santimetr, ağırlığı isə 400 qrama yaxın olan dəmir oğlan heykəli yerli sakinlər tərəfindən aşkarlanıb. Olduqca mükəmməl hazırlanmış heykəldə bədən əzələlərinin, barmaqların, saç və dodaqların, qaşların incəliklə işlənildiyi aydın seçilir.

Əvvəlcə Füzuli Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilən heykəl, araşdırılmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) göndərilib. AMEA-nın alimləri dəmir heykəlin eramızdan əvvəl I minilliyə aid olduğunu müəyyənləşdiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm