Liviya hökuməti Türkiyə ilə əlaqələri kəsdi
Bizi izləyin

Dünya

Liviya hökuməti Türkiyə ilə əlaqələri kəsdi

Liviya hökuməti Türkiyə ilə bütün münasibətlərini dayandırıb.

Publika.az-ın məlumatına görə, bu barədə Liviyanın beynəlxalq birlik tərəfindən tanınmış baş naziri Abdullah al-Thinni deyib. Baş nazir Türkiyəni hökumətə rəqib qruplaşmaya silahlar göndərməklə liviyalıların bir-birlərini qırması üçün şərait yaratmaqda ittiham edir.

Hazırda Liviyada iki hökumət mövcuddur. Onlardan biri ölkənin şərqini idarə edən Thinni hökuməti, digəri isə paytaxt Tripolidə hakimiyyəti ələ almış Liviyanın Sübhü qruplaşmasıdır.

Baş nazir Thinni iddia edir ki, Ankara hazırda Tripoli hökumətinə hərbi dəstək göstərir.

Türkiyənin Xarici İşlər Nazirliyi bu iddiaları rədd edib. Nazirliyin sözçüsü Tanju Bilgic Thinniyə boş və əsassız iddialar etməkdənsə, BMT-nin hazırda davam edən danışıqlar prosesini dəstəkləməyi məsləhət görüb.

Bununla belə Reuters agentliyi xəbər verir ki, Türkiyə Tripoli hökumət rəsmilərini tanıyan və qəbul edən azsaylı ölkələrdən biridir.

Cənab Bilgic bildirib ki, onlar eyni dəvətləri Thinni hökumətinə göndərsələr də etiraz cavabı alıblar.

Baş nazir Thinni bəyan edib ki, Liviyanın onun nəzarətində olan hissəsində Ankaraya heç bir kontrakt verilməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm