İdman
FİFA kompensasiya ödəməyəcək
2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının qış aylarında keçirilməsi barədə qərar qəbul ediləcəyi təqdirdə futbol federasiyaları və klublara heç bir pul kompensasiyası verilməyəcək.
Publika.az-ın məlumatına görə, bu barədə məlumat verən FİFA-nın
baş katibi Jerom Valke nəzərdə tutulan dəyişikliyə uyğunlaşmaq üçün
7 ilin kifayət edəcəyini vurğulayıb.
Bir qədər əvvəl aralarında Münhenin “Bayer” klubunun prezidenti
Karl-Haynts Rummenigginin də olduğu bəzi futbol funksionerləri
çempionatın təqviminin dəyişdirilməsi ilə əlaqədar mümkün ziyana
görə FİFA-dan pul tələb edəcəklərini bildirmişdilər.
Qeyd edək ki, işçi qrupu FİFA-ya Qətərdə yay fəslinin həddən artıq
isti olmasını nəzərə alaraq futbol üzrə dünya çempionatını 2022-ci
ilin noyabr-dekabr aylarında keçirməyi tövsiyə etmişdi.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...