Moskva Savçenkonun ölüm xəbərini təkzib etdi
Bizi izləyin

Dünya

Moskva Savçenkonun ölüm xəbərini təkzib etdi

Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenkonun ölməsi barədə KİV-də yayılan xəbərlər yalandır.

Publika.az “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Xatırladaq ki, N.Savçenko iyun ayının ortalarından Ukraynanın şərqində tutulub. Sonra isə məlum olub ki, pilot Rusiyada həbsdədir. Rusiya istintaqçıları bildirir ki, “Aydar” batalyonunun tərkibində olan Savçenko Rusiyadan Ukraynanın şərqinə gedən jurnalistlərin yerini müəyyən edərək koordinatların “silahlı qruplaşmaya” ötürülməsinə şərait yaradıb.

Savçenko 70 gündən çoxdur ki, Ukraynaya qaytarılmasını tələb edərək aclıq aksiyası keçirir. Həkimlər onun vəziyyətini kafi qiymətləndirirlər.

Ukraynalı pilotun ölməsi barədə informasiyanı isə dünən Rusiyanın müxalifət lideri Boris Nemtsovun qətlə yetrildiyi yerdən canlı yayımla efirə qoşulan “Newcaster” TV-nin müxbiri bildirib. O, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinad etdiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm