Putin Nemtsovun qətlini sifariş adlandırdı
Bizi izləyin

Dünya

Putin Nemtsovun qətlini sifariş adlandırdı

“Dövlət başçısı Boris Nemtsovun doğmaları və yaxınlarına başsağlığı verir. O, qətlin sifarişli və təxribat olduğunu hesab edir”.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Prezidentin mətbuat katibinin sözlərinə görə, Vladimir Putin Rusiya İstintaq Komitəsi, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinə Nemtsovun qətlinin araşdırılması üzrə vahid istintaq qrupunun yaradılması barədə tapşırıq verib. Putin İstintaq Komitəsinin rəhbərlərinə qətlin araşdırılmasını şəxsi nəzarəti altında saxlamağı tapşırıb.

Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev də hüquq-mühafizə orqanlarını cinayətkarların tapılması üçün bacardıqları hər şeyi etməyə çağırıb.

Qeyd edək ki, müxalifət siyasətçisi Boris Nemtsov dünən axşam Moskvanın mərkəzində qətlə yetirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm