Qırmızı.az
Azərbaycanda məişət zorakılığına məruz qalma vəziyyəti araşdırılır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda bu il ərzində məişət zəminində zorakılığa məruz qalma vəziyyətinin öyrənilməsi məqsədi ilə sorğu aparacaq.
Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, bu sorğu 10 komponent üzrə aparılacaq. Sorğu zamanı məcburi selektiv abortlar, erkən nikahlar, uşaqlara qarşı zorakılıq, qadınların iş yerlərində zorakılığa məruz qalması və s. məsələlər öyrəniləcək.
E.Səfərovun sözlərinə görə, statistik məlumatlar Azərbaycanda məişət zorakılığı hallarının azaldığını, bu sahədə vəziyyətin yaxşılaşdığını göstərir. Amma bütün dünyada olduğu kimi, Azərbaycanda da məişət zorakılığı halları qeydə alınan statistik məlumatların sayından qat-qat yuxarıdır: “Bunu biz də bilirik və qəbul edirik. Reallıqda məişət zorakılığı hallarının, zərərçəkənlərin sayı daha çoxdur. Bu məsələdə problem ondadır ki, məişət zorakılığı özü latent xarakterli, yəni gizli cinayətdir. Bu o deməkdir ki, qurbanın özü məlumat verməsə, həmin zorakılıq faktı qeydiyyata alınmır”.
Komitə rəsmisi deyib ki, məişət zorakılığı ilə mübarizə sahəsində qanunvericilik islahatları, maarifləndirmə, elmi-tədqiqi araşdırmalar aparılmalıdır.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO