Bakıda ərilə mübahisə edən qadın intihar etdi
Bizi izləyin

Qırmızı.az

Bakıda ərilə mübahisə edən qadın intihar etdi

Ötən gün axşam saatlarında Bakının Səbail rayonunda qadın özünü asıb.

Səbail rayon prokurorunun böyük köməkçisi Rəsmiyyə Kazımovanın ANS PRESS-ə verdiyi məlumata görə, Salyan yolu keçəsi ev 2, mənzil 60 B ünvanında həyətlərin birində asılmış qadın meyiti tapılıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı ölən şəxin Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Dilşad Abbas qızı Babayeva olduğu məlum olub.

Müayinələr zamanı qadının intihar etdiyi bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Dilşad Babayeva hadisədən bir neçə saat əvvəl həyat yoldaşı ilə mübahisə edib. Mübahisədən sonra qadın evdən çıxıb. Bir müddət sonra kişi həyat yoldaşının qayıtmadığını görüb.

Çölə çıxıb. Həyəti gəzərkən evlərinin arxasında qadının asılmış meyitini görüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm